“Mançester Yunayted” “Everton”un hücumçusu ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Everton”un hücumçusu İlimane Ndiaye karyerasını “Mançester
Yunayted”də davam etdirə bilər.

Trend xəbər verir ki, bu
barədə sosial media platforması X-də SullyTalkz hesabında məlumat
verilib.




Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” oyunçunun oyununu
yaxından izləyir və bu yay transferi təmin etmək üçün konkret
addımlar atacaqlar. Oyunçunun özü yeni kluba keçməyə hazırdır və “Mançester Yunayted” onun prioritetidir.

Ndiaye bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, altı
qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı
məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir