
Bakı. Trend:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2026-cı
ilin mart ayı ərzində 29 yoxlama aparılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilir ki, bunlardan 25-i özəl tibb müəssisəsi, 4-ü isə
fiziki şəxsə məxsus obyektdir:
Aparılan yoxlamalar zamanı müəyyən nöqsanlar aşkarlanıb və bu
nöqsanlar əsasında cərimələr yazılıb. Ümumilikdə, 26 protokol
tərtib olunub. Bunlardan 13-ü hüquqi, digər 13ü isə fiziki şəxsə
yazılıb.
Cərimələrin səbəbi:
Bir halda İXM -in 210.1 və 221.1 (Lisenziya olmadan özəl tibb
fəaliyyəti ilə məşğul olma və bilə-bilə keyfiyyətsiz,
normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi
məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət
qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş
dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya
idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış
məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda
törədildikdə)
9 halda 215.4 (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə
məşğul olma);
14 halda 215.1 (Lisenziyadan kənar fəaliyyət)
1 halda 602.4 (Müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı
üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmaması);
1 halda 210.1 (Lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul
olma);
2 stomatoloqla bağlı sertifikasiya şəhadətnaməsi olmadan və
lisenziyadan kənar fəaliyyətə əsaslanan protokollar tərtib olunmuş,
aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilib”, məlumatda qeyd
edilib.

