Uqandada bağçada dörd uşaq öldürülüb

Baş səhifə

Uqandanın paytaxtı Kampala şəhərində bıçaqla silahlanmış bir kişi uşaq bağçasına daxil olaraq uşaqlara hücum edib, nəticədə dörd uşaq ölüb.

Bu barədə yerli “Daily Monitor” nəşri məlumat yayıb.

Məlumata görə, ölənlərdən biri qız və üçü oğlan uşağıdır. Polis bildirib ki, faciəvi hadisə Makindye rayonunda baş verib.

“Daily Monitor” şahidlərə istinadla yazıb ki, şübhəli şəxs uşaq bağçasına daxil olaraq valideyn kimi özünü təqdim edib, bağçanın administrasiyası ilə danışıb və sonra uşaqlara hücum etməyə başlayıb. Şübhəli qismində 34 yaşlı kişi saxlanılıb. Hadisənin motivləri isə hələ məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir