Avtomobilin təyinatı ilə bağlı yanlış məlumat verənlər üçün sığorta haqqı artırılacaq

Baş səhifə

Bakı. Trend:

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə sığorta haqqı
üzrə dürüstləşdirmə məbləği müəyyənləşib.

Trend-in
məlumatına görə, avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə
yanlış məlumat verildikdə dürüstləşdirmə məbləği tətbiq
ediləcək.

Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqda
avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat
vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində
sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

  • yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə
    bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
  • sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta
    hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

Sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin
istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta
müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya
xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə
dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata
keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində
tətbiq ediləcək.




Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat
vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində
avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə
hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş
sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir.

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış
məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə
edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət
qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən edilir.

Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən iki
və daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin
istifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdə
hər bir müqavilə üzrə hesablanmış sığorta haqqı üzrə dürüstləşdirmə
məbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinə
cəmlənərək tətbiq olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir