“Qarışıq meyvə qurusu” yükündə 112 kiloqramdan artıq narkotik vasitə aşkar edildi (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Qarışıq meyvə qurusu” yükündə 112 kiloqramdan artıq narkotik
vasitə aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat
verilib.




Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata
keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik
vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

“Qarışıq meyvə qurusu” yükü aparan nəqliyyat vasitəsinə “Astara”
gömrük postunda stasionar rentgen qurğusu və kinoloji xidmət itinin
tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama
zamanı nəqliyyat vasitəsində üzəri quru meyvə ilə örtülərək gömrük
nəzarətindən gizlədilən ümumi təmiz çəkisi 112 kiloqram 529 qram
xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir