
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda aparılan quru
əməliyyatları paralel olaraq həyata keçirilən hava reydləri
nəticəsində 15 “Hizbullah” döyüşçüsünün öldürüldüyünü bildirib.
Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.
Livanın cənubunda İsrail ordusunun 146-cı diviziyasının
qoşunları əməliyyatın getdiyi ərazidə 15 döyüşçünün mövqeyini
müəyyənləşdirib. Bir müddət sonra İsrail Hava Qüvvələri dəqiq zərbə
ilə canlı hədəfləri məhv edib.
IDF rəsmi “X” səhifəsində əməliyyatdan görüntülər yayıb.

