
Bakı.Trend:
Bakıda avtomobildə yanğın hadisəsi qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi
(NİİM) məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Yusif
Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində
baş verib.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal
təhlükəsizlik tədbirləri görülüb, nəqliyyatın hərəkəti alternativ
istiqamətə yönləndirilib.
Polis əməkdaşlarının və vətəndaşların operativ müdaxiləsi
nəticəsində yanğın qısa müddətdə söndürülüb, nəqliyyat vasitəsi isə
yolun hərəkət hissəsindən kənarlaşdırılıb.

