“Ziraat Bank Azərbaycan” “Bank of China”da CNY üzrə müxbir hesab açdı

Baş səhifə

Bakı. Trend:

Korporativ müştərilər üçün yeni imkanların yaradılmasını
prioritet istiqamət kimi müəyyən edən “Ziraat Bank Azərbaycan”
xarici ticarətlə məşğul olan sahibkarlara daha operativ və geniş
spektrli bank xidmətləri təqdim etmək məqsədilə müxbir bank
şəbəkəsini genişləndirib.

Dünyanın 20 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə
Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan”, Çin Xalq
Respublikasının aparıcı maliyyə institutlarından biri olan “Bank of
China”da Çin yuanı (CNY) valyutası üzrə müxbir hesab açıb.

Yeni müxbir hesab Çin ilə ticarət əlaqələri həyata keçirən
hüquqi şəxslərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Bununla
müştərilər ödənişlərini birbaşa yuan valyutası ilə həyata keçirə,
əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edə
biləcəklər.




Dünyanın aparıcı banklarında mövcud olan müxbir hesablar “Ziraat
Bank Azərbaycan”a müştərilərinə beynəlxalq əməliyyatlarda daha
çevik və əhatəli xidmətlər təqdim etməyə imkan yaradır. Müxbir bank
şəbəkəsinin genişliyi isə xarici ticarətlə məşğul olan müştərilərə
keyfiyyətli və etibarlı bank xidmətlərinin göstərilməsinə əlavə
şərait yaradır.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə
Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank,
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş
30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət
göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul
və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində
yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,
rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın “Instagram”, “X” platforması, “Linkedin”, “YouTube” sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir