
Bakı. Trend:
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri –
Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov,
Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya
Bezuqliyın məhkəmə prosesi başlayıb.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin
sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket
məlumatları dəqiqləşdirilib.
Onların vəkilləri barələrində seçilmiş həbs qətimkan tədbirinin
dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər
təqdim ediblər.
Məhkəmə vəsatətləri təmin etməyib, növbəti baxış iclası isə
aprelin 10-na təyin olunub.
Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli,
Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey
Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan
narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla
bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar
barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

