İran Azərabaycana təşəkkür etdi

Baş səhifə

Bakı. Trend:

Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının
Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Müctəba Dəmirçilunu qəbul edib.

Trend xəbər verir
ki, bu barədə QMİ məlumat yayıb.

Bildirilib ki, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri
son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc
əhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan
tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı
verib, yaralıların tezliklə sağalması üçün dualar etdiyini
bildirib.

QMİ sədrinin sözlərinə görə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin
ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə
verilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır.




Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, hər iki dövlət
başçıları İlham Əliyevlə Məsud Pezeşkianın səmimi münasibətləri
ölkələrimiz arasında əlaqələrin davamlı inkişafına, regionda
sülhün, sabitliyin qorunmasına xidmət edir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu başsağlığına
görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirib, ölkəsinin
bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi
dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək
qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli
mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təşəkkür edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir