Abşeronda Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik
zirvəsinə yüksələn qəhrəman igidlərimizin ailələri ilə görüş
keçirilib.

Trend xəbər
verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin
Həsənlinin anası Xatirə İsmayılova, Rayon Ağsaqqallar Şurasının
sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron-Xızı
Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu
üzrə nümayəndə, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova,
RİH-in rəhbər şəxsləri iştirak etmişlər.

Görüşdə Abdin Fərzəliyev bildirib ki, Vətən Müharibəsindən əvvəl
Ermənistan tərəfi dəfələrlə atəşkəsi pozmuş və müxtəlif vaxtlarda
hərbi təxribatlar törədiblər, lakin bu təxribatların qarşısı
ordumuz tərəfindən hər zaman qarşısı layiqincə alınmışdır. Növbəti
belə təxribatlardan birininin də 2016-cı il aprelin əvvəllərində
müşahidə olunduğunu, lakin Azərbaycan Ordusunun layiqli cavabı və
əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH
başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş
nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki qarşı tərəf,
eyni zamanda bütün dünya görüb.

Qeyd edilib ki, tarixə “Aprel döyüşləri” kimi düşən və
Azərbaycan Ordusunun mütləq qələbəsi ilə nəticələnən döyüşün
sonunda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər,
Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy
rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi
istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Əsgərlərimiz bu
döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri
haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarıb
və bununla da Qarabağa böyük qayıdışın əsası qoyulub.




RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörənliyi, siyasi
iradəsi və düşünülmüş qərarları ilə, o cümlədən “Dəmir yumruq”
ətrafında birləşən ordumuzun şücaəti və qəhrəmanlığı ilə 44 gün
davam edən Vətən Müharibəsində xalqımız qalib gələrək işğal altında
olan torpaqlarımızı tamamilə azad edib. Bununla da Qarabağa yenidən
həyatın və yaşamın qayıtdığını vurğulayan A.Fərzəliyev əlavə edib
ki, bundan sonra da vətənimizə qarşı hər hansı bir silahlı təxribat
baş verəcəyi təqdirdə ordumuz bütün hərbi müdaxilələri yerindəcə
məhv etməyə qadir və hazırdır.

Respublikamızın bütün ərazilərində olduğu kimi, Abşeron
rayonunda da yaşayan şəhid ailələrinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban
Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini vurğulayan RİH
başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin
Həsənlinin anası Xatirə İsmayılova, Rayon Ağsaqqallar Şurasının
sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və Aprel
şəhidlərinin ailələri də öz növbələrində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban
xanım Əliyevanın daima diqqət və qayğısını hiss etdiklərini önə
çəkərək buna görə təşəkkürlərini ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir