TAP ilə Azərbaycandan Yunanıstana indiyədək ixrac olunan qazın həcmi açıqlanıb

Baş səhifə

Energetika naziri Pərviz Şahbazovla Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus arasında görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünün əhəmiyyəti diversifikasiyanın təmin olunması, əlverişli qiymətlərin formalaşması, ətraf mühitin qorunması və Yunanıstanın enerji habı kimi rolunun gücləndirilməsi kontekstində yüksək qiymətləndirilib.

Bildirilib ki, ötən il Yunanıstana qaz təchizatı 1,1 milyard kubmetr təşkil edib. Ümumilikdə isə TAP istismara verildikdən sonra Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac olunub.

Görüş zamanı enerji sahəsində mövcud uğurlu əməkdaşlığın digər istiqamətlər üzrə də genişləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə “yaşıl enerji”, enerji səmərəliliyi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında İqtisadi, Sənaye və Texnoloji Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının Afinada keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Bundan əlavə, Yunanıstan tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir