İranın 3 neft-kimya şirkətinə hücum edilib – Yanğın başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda ölkənin
cənub-qərbində yerləşən Xuzistan vilayətinin Mahşəhr rayonunda
“Fəcr”, “Recal” və “Əmir-Kəbir” neft-kimya şirkətləri vurulub.

Trend-in
məlumatına görə, bunu İranın Xuistan vilayəti valisinin müavini
Vəliyulla Həyati yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şirkətlərə 3 raketin atılması qeydə
alınıb.




Həyati deyib ki, hadisə bir neçə partlayışın baş verməsi ilə
nəticələnib. Hücumda ölən və yaralananların olacağı ehtimal edilir.
Hadisə yerinə yanğınsöndürmə və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə
saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə
verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir