
Bakı. Trend:
Gəncədə cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa
Kubokunun ilk günü başa çatıb.
Trend xəbər verir ki, ilk
gündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52
kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Azərbaycan təmsilçiləri 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc
olmaqla, ümumilikdə 13 medal qazanıblar.
Rza Xəlilov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Yalnız finalda məğlub olan İbrahim Talıbov, (55 kiloqram),
Fərid Rzazadə (50 kiloqram), Fatimə Fərmanzadə (48 kiloqram), İlkin
Qarayev (66 kiloqram) ikinci yeri tutublar.
Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram), Sənan
Piriyev (66 kiloqram), Sunay Salamova (40 kiloqram), Fatimə
Abdullayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Zəhra
Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kiloqram) isə
bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq
yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak
edir.
Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

