
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15 qırıcısının
ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
Trend xəbər verir ki, bu
barədə o, “Truth Social” hesabında yazıb.
“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda
tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini
həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, –
deyə Tramp qeyd edib.
ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti
stabildir və tezliklə sağalacağı gözlənilir.

