Xameneinin müşavirindən Trampa çağırış – İSTEFA VER

Baş səhifə

“Trampın istefa verməsi daha məqsədəuyğun olardı”.

Modern.az-ın məlumatına görə, bu fikri İranın ali liderinin hərbi müşaviri Möhsün Rzayi səsləndirib.

O, ABŞ generallarının sıralarında aparılan işdən azadetmələrə münasibət bildirərək qeyd edib: “Onlar İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxardıqlarını iddia etdilər. Həmişə olduğu kimi, yenə yalan danışdılar. Ola bilsin ki, hərbi rəhbərlik deyil, məhz Donald Tramp istefa versəydi, daha yaxşı olardı. Biz bu qarşıdurmaya illərdir hazırlaşırıq və gözlənilməz addımlar davam edəcək…”, – deyə Rzayi “X” sosial şəbəkəsində paylaşım edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir