Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi 5 aprel 2026-cı il tarixində inzibati
vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul
imtahanı imtahanı keçirir.

Mərkəzdən Trend
verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün 1227 nəfər
qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində təşkil
olunur.

İmtahan iki növbədə keçirilir. Birinci növbə saat 10:00-da
başlanıb və 3 saat davam edəcək. İkinci növbə imtahan isə 16:00-da
başlanacaq.




İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan
vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı Apellyasiya
Komissiyası 6, 7 və 8 aprel tarixlərində saat 14:00-dan 17:00-dək
Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət
göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi,
299.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir