Badamdarda sürüşmə təhlükəsi: yol bağlandı

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə
istiqamətində avtomobil yolunun keçdiyi ərazidə sürüşmə təhlükəsi
yaranıb.

Bu barədə Trend
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat
verilib.




Qeyd olunub ki, daxil olmuş məlumata əsasən vəziyyət
qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi
məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil
yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib.

Bildirilib ki, hazırda yolda hər hansı problem müşahidə olunmur,
ərazi nəzarət altındadır və yamacın yuxarı hissəsi nəzarətdə
saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir