
Bakı. Trend:
Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində evləri su
basıb.
Trend xəbər verir
ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində
olublar.
Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış
keçiriblər.
Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini
birbaşa dinləyib, aidiyyatı qurumlara müvafiq tapşırıqlar
verib.
Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən
vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik
tədbirləri görürlər.

