Qusarda sel aparan şəxsin meyiti tapıldı

Baş səhifə

Qusarda selin apardığı şəxsin cəsədi aşkarlanıb.

Modern.az-ın yaydığı məlumata görə, Qusar rayonunun Gündüzqala kəndindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulov suda boğularaq axına düşüb.

Aparılan axtarış tədbirləri nəticəsində F. Rəsulovun cəsədi tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir