Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu olub, hərəkət məhdudlaşdırılıb

Baş səhifə

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.

APA AAYDA-ya istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.

Məlumata görə, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bildirilib ki, bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb: “Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir