Azərbaycan gimnastı qızıl medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri
davam edir.

Trend-in
məlumatına görə, gənclər kateqoriyasında çıxış edən Azərbaycan
təmsilçisi Azadə Atakişiyeva qızıl medal qazanıb.

O, lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançı daha əvvəl topla hərəkətlərin icrasında ikinci olub.




Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş
medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun
vurulacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir