“Sumqayıt” öz meydanında “Neftçi”yə uduzub – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu
keçirilib.

Trend-in
məlumatına görə, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlı
təmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adına
Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1
hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu və
Vensan Abubakar imza atıblar. Meydan sahiblərində isə Nikola
Ninkoviç fərqlənib.




Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi”
5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer
alıb.

Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlub
edib.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir