İran körfəzi regionun Orta Dəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarından birinə çevrilə bilər – ADY

Baş səhifə

Bakı. Trend:

İran körfəzi regionunun Orta Dəhlizlə inteqrasiyası gələcəyin
əsas ticarət marşrutlarından birinə çevrilə bilər.

Trend xəbər verir
ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarif
siyasəti departamentinin marketinq şöbəsi rəis müavini Ziya
Məmmədov sosial şəbəkə hesabında yazıb.

Qeyd olunur ki, son illərdə qlobal təchizat zəncirlərində baş
verən dəyişikliklər, geosiyasi risklərin artması və logistika
xərclərinin optimallaşdırılması zərurəti alternativ nəqliyyat
marşrutlarının axtarışını sürətləndirib:

“Bu kontekstdə İran körfəzi ölkələrinin yeni dəhlizlər
vasitəsilə Avrasiya bazarlarına çıxışa artan marağı getdikcə daha
aydın görünür”.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri
və Qətər kimi ölkələr qlobal ticarətdə mövqelərini möhkəmləndirmək
üçün daha dayanıqlı və çevik logistika həlləri fəal şəkildə
axtarırlar.

“Dünya ticarət marşrutlarının əhəmiyyətli hissəsi Hörmüz
boğazından asılı olduğu üçün bu strateji dar keçiddə baş verən hər
hansı pozuntu və ya qeyri-sabitlik təchizat zəncirlərinə birbaşa
təsir göstərir. Mümkün blokadalar uzunmüddətli və
proqnozlaşdırılması çətin gecikmələrə səbəb ola bilər, bu isə həm
logistika operatorları, həm də yük sahibləri üçün əməliyyat
xərclərini artırır və etibarlılığı azaldır.

Bu fonda Azərbaycan üzərindən keçən Orta Dəhliz alternativ
variantdan strateji zərurətə çevrilir. O, İran körfəzi regionunu
Qafqaz, Avropa və Mərkəzi Asiya ilə birləşdirir, çevik multimodal
nəqliyyat həlli təqdim edir və eyni zamanda geosiyasi və logistika
risklərini şaxələndirir”, – deyə o bildirib.




Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizlə
inteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadi
coğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararası
ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və daha
balanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasını
dəstəkləyir”.

“Effektiv inkişaf şəraitində Azərbaycan tranzit ölkədən iri
qlobal logistika mərkəzinə çevrilmək potensialına malikdir. Bu,
onun geoiqtisadi əhəmiyyətini mühüm dərəcədə artıracaq və
uzunmüddətli regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq”, –
deyə o qeyd edib.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.

Z. Məmmədov vurğulayıb ki, bu gün logistika artıq yalnız məsafə
məsələsi deyil, dayanıqlılıq, çeviklik və risklərin effektiv idarə
olunması məsələsidir. Bu kontekstdə Fars körfəzi regionunun Orta
Dəhlizlə inteqrasiyası gələcəyin əsas ticarət marşrutlarından
birinə çevrilə bilər.

Vurğulanır ki, Fars körfəzi regionunun Orta Dəhlizlə
inteqrasiyası sadəcə alternativ marşrut deyil, Avrasiyanın iqtisadi
coğrafiyasının transformasiyası deməkdir: “Bu, regionlararası
ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verir və daha
balanslaşdırılmış, dayanıqlı təchizat zəncirlərinin formalaşmasını
dəstəkləyir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir