Quldurluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Baş səhifə

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir