
Bakı. Trend:
Hindistanın ən sıx əhalisi olan Uttar Pradeşdə gecə saatlarında
keçirilən yarmarkada təxminən 18 metr hündürlüyündə Şeytan Çarxı
attraksionunun aşması nəticəsində azı 30 nəfər yaralanıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir. .
Məlumata görə, hadisə Kuşinaqar rayonunun Bhainsaha kəndində baş
verib. Yarmarka iştirakçılarından birinin çəkdiyi videoda onlarla
insanın, o cümlədən qadın və uşaqların olduğu attraksionun qəfil
bir tərəfə əyildiyi və daha sonra yerə çırpıldığı anlar əks olunub.
Qurğu dağılan zaman bəzi sərnişinlərin hələ də kabinələrdə oturduğu
görünür.
Qeyd edilir ki, ən azı 10 nəfərin vəziyyəti ağırdır, digərləri
isə yüngül xəsarətlər alıblar.

