
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında “SOCAR Polymer”in ixracdan əldə
etdiyi gəlirlər 30,9 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən məlumat
verir.
Bu göstərici 2025-ci ilin yanvar-fevral aylarındakı
göstəricilərlə müqayisədə təxminən 9,1 milyon dollar və ya 41,7
faiz çoxdur
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium”
MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC”
MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli
Cəmiyyəti.

