Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama

Baş səhifə

Bakı. Trend:

Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi
universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə
dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.

Müşahidə olunan hava şəraiti paytaxtda dərslərə necə
təsir edib?

Trend-in
sorğusuna cavab olaraq Xəzər Universitetinin mətbuat xidmətindən
bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlayn
formata keçirilib:

“Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğru
deyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formata
keçirilib”.

Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib
ki, bu gün dərslərin formatında dəyişiklik edilib:




“Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri
üçün isə bu gün dərslər onlayn formata keçirilib”.

Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəvi
qaydada davam edir: ” Tələbələrin davamiyyəti də qaydasındadır, heç
bir problem yoxdur”.

Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırda
davamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklik
yoxdur, tədris ənənəvi qaydada davam edir.

UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısa
dəyişikliyin olmadığı bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir