Nabranda və İstisuda sel – icra başçısı əraziyə getdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan
güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində
fəsadlar yaranıb.

Trend xəbər verir
ki, sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd
yollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216
evə ziyan dəyib.

Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən
çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun İstisu qəsəbəsində
fərdi təsərrüfatlara, əkin sahələrinə və yol infrastrukturuna xeyli
ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi
yaşayış evi ciddi zərər görüb.




Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon
Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional
Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər
şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar.
İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, görüş zamanı
vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud
vəziyyət yerində araşdırılıb.

Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə
Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli
icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi,
yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin
bərpa işlərini aparırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir