
Bakı. Trend:
Küveytdə yerləşən Əli əl-Salem hava bazasına pilotsuz uçuş
aparatı ilə edilən hücum nəticəsində ən azı 15 amerikalı
yaralanıb.
Trend xəbər verir ki, bu
barədə “CBS News” iki ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, pilotsuz aparatın İran ərazisindən buraxıldığı
ehtimal olunur. Mənbə bildirib ki, yaralananların əksəriyyəti artıq
xidmətə qayıdıb.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat
xidməti açıqlama yayaraq, 98-ci zərbə dalğası çərçivəsində
Küveytdəki Əli əl-Salem bazasına və İraqdakı Viktoriya düşərgəsinə
hücum etdiklərini bildirmişdi.
Açıqlamada, həmçinin Təl-Əviv, Hayfa, Petah Tikva və Beer-Şeva
şəhərlərinin şimal və cənub istiqamətlərində də zərbələrin
endirildiyi qeyd olunub.

