
Bakı. Trend:
ABŞ Demokratlar Partiyasından olan nümayəndə Yasəmin Ənsari
(Arizona ştatı) Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment
təşəbbüsü ilə Nümayəndələr Palatasına müraciət etməyi
planlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə “Axios” portalı məlumat yayıb.
Ənsarinin sözlərinə görə, bu addım Heqsetin İranda ABŞ-nin hərbi
əməliyyatlarına rəhbərlik etməsi ilə bağlı ola bilər. Portalın
istinad etdiyi ictimai rəy sorğularına əsasən, Heqset ABŞ
administrasiyasının ən az populyar üzvlərindən biri hesab olunur və
Yaxın Şərqdəki münaqişənin artan xərcləri onun ictimai imicinə
mənfi təsir göstərir.
Qeyd olunur ki, ABŞ-nin baş prokuroru Pem Bondi və daxili işlər
naziri Kristi Noemin istefalarından sonra Pentaqon rəhbəri
demokratların növbəti siyasi hədəfinə çevrilə bilər.
Axios-un sitat gətirdiyi Ənsari bildirib ki, Heqsetə qarşı
impiçment təşəbbüsünün əsas səbəblərindən biri də onun “vəzifə
andını və Konstitusiya qarşısındakı öhdəliklərini dəfələrlə
pozmasıdır”.

