
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə
paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov
küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat
daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri
çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq
uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi
nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı
müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında
qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

