
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə universitetin Mətbuat xidmətindən bildirilib.
Tələbənin ölüm səbəbi açıqlanmayıb.
Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti adından mərhumun yaxınlarına başsağlığı verilib.
Allah rəhmət eləsin!

