
Bakı. Trend:
Azərbaycanda bu ilin yanvar-mart aylarında vətəndaşlara geri
qaytarılmış əlavə dəyər vergisinin (ƏDV) məbləği açıqlanıb.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayları ərzində ölkə
ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,
alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr
tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin
konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi
praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən
xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə
vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən
gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil
banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 51 milyon 747,2
min manat olub.
2026-cı ilin yanvar-mart aylarında xarici vətəndaşlar tərəfindən
respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə
dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 2 063,8
min manat təşkil edib.

