Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisar baş verir?

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Turizm Agentliyində kütləvi ixtisarların
başlandığı ilə bağlı iddialar yayılıb.

Agentliyin ixtisara düşən bəzi əməkdaşları Trend-ə iddia edilər ki, son
ay ərzində artıq 30-dan çox əməkdaş işdən çıxarılıb.

Onların sözlərinə görə, Agentlik tərəfindən əsas kimi Maliyyə
Nazirliyindən daxil olan məktub göstərilib.

Bildirilib ki, məktubun məzmunu açıqlanmayıb, lakin ixtisar
prosesinin aparıldığı qeyd olunur. İddialara əsasən, əsasən
memarlıq və tikinti sahəsində çalışan əməkdaşlar vəzifələrindən
azad edilirlər.




Qeyd olunub ki, bəzi hallarda əməkdaşlardan öz ərizələri ilə
işdən çıxmaları tələb olunur ki, bu da kompensasiyanın verilməməsi
ilə nəticələnir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyindən
bildirilib ki, qurumda kütləvi ixtisarlar baş vermir.

“Dövlət Turizm Agentliyində kütləvi ixtisar yoxdur”, – deyə
məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir