Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır

Baş səhifə

Pakistan regional eskalasiya halında Səudiyyə Ərəbistanının tərəfini tutacağını bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb. Bildirilir ki, İranın Səudiyyə Ərəbistanına qarşı daha güclü hücumları baş verərsə, İslamabad Ər-Riyadı dəstəkləyəcək.

Mənbələrin məlumatına görə, bu mövqe regionda mümkün gərginliyin artması fonunda formalaşıb və tərəflər arasında təhlükəsizlik əməkdaşlığının mövcudluğu ilə izah olunur.

Qeyd edilib ki, nüvə silahına malik olan Pakistanla Səudiyyə Ərəbistanı arasında strateji qarşılıqlı müdafiə mexanizmi mövcuddur. Bu çərçivədə tərəflərdən birinə qarşı hər hansı təcavüz hər ikisinə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir