
Bakı. Trend:
Ermənistan Respublikası Parlamentinin spikeri Alen Simonyan
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sədrlər Ermənistan-Rusiya münasibətlərinə,
həmçinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində və digər
platformalarda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi
aparıblar.
Həmçinin Valentina Matviyenkonun Ermənistana planlaşdırılan
rəsmi səfərinin təşkilati məsələləri də müzakirə olunub.

