Ötən ay Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə manatla aparılmış əməliyyatların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna olan məlumata əsasən,
Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 70,96
milyon emal olunmuş ödəniş əməliyyatı aparılıb və bu əməliyyatların
ümumi məbləği 3,125 milyard manat təşkil edib.

Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstərici
əməliyyatların sayı üzrə 10,498 milyon ədəd və ya 17,4%, məbləğ
üzrə isə 300 milyon manat və ya 10,6% artıb.




Ötən ilin fevral ayında Azərbaycanda BKM vasitəsilə 60,462
milyon ədəd ödəniş əməliyyatı həyata keçirilmiş və bu
əməliyyatların ümumi məbləği 2,825 milyard manat olmuşdur.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və
operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur,
yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun
icrasını həyata keçirir

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir