
Bakı. Trend:
ABŞ hazırda İranla bağlı gərgin danışıqlar aparır.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a
müsahibəsində deyib.
“Hazırda qızğın danışıqlar aparırıq”, – deyə o bildirib.
ABŞ administrasiyasının rəhbəri bu danışıqların gedişatı ilə
bağlı şərh verməkdən imtina edib.
Ağ Ev rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Pakistanın təklifi
ilə bağlı brifinqin keçirilməsini gözləyir.

