
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Qazaxıstan arasında
ticarət əməliyyatlarının həcmi 65,6 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 6,3 milyon ABŞ dolları və ya 8,8% azdır.
Hesabat dövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 1,05%-i həcmində olub.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Qazaxıstana 24,3
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 12,1 milyon ABŞ dolları və ya təqribən 2 dəfə
çoxdur.
Dövr ərzində Azərbaycandan Qazaxıstana ixrac əməliyyatlarının
24,1 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Qazaxıstan
4,15% payla 7-ci yerdə qərarlaşıb. Qazaxıstana qeyri-neft
məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə
müqayisədə 12,1 milyon ABŞ dolları və ya 2 dəfə artıb.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 41,3 milyon ABŞ
dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da
2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 milyon ABŞ dolları və
ya 30,9% azalma deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və
ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,
2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard
dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə
çoxdur.

