“Nizami” stansiyasının yeni çıxışı olacaq

Baş səhifə

Bakı. Trend:

2030-cu ilə qədər bənövşəyi xətt üzrə “Nizami” stansiyasına
paralel yerləşəcək B5 stansiyasının tikintisi başa çatdıqdan sonra
stansiyaya yeni keçid təmin olunacaq.

Trend xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin
Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini
Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.




Onun sözlərinə görə, metronun “Nizami” stansiyasının yalnız bir
çıxışı var, yəni, eskalatorların təmiri üçün alternativ çıxış
yoxdur. “Nizami” dərinözüllü stansiya hesab edilir.

“B5 və “Nizami” stansiyası bir-birinə yaxın, eyni ərazidə
yerləşən iki stansiyadır. B5 Mərkəzi Parkın altında yerləşəcək.
Oradan “Nizami” stansiyasına keçid olacaq. Bununla da gələcəkdə
metronun “Nizami” stansiyasında eskalatorların dəyişi zamanı
stansiyanı bütövlükdə bağlamağa ehtiyac qalmayacaq. Sərnişinlər
alternativ yolla Mərkəzi Park ərazisinə sərbəst çıxış edə
biləcəklər”. – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir