Əli Əkbər Vilayətindən atəşkəsə reaksiya: ABŞ-ı məcbur etdik

Baş səhifə

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ölkəsinin ABŞ-la  atəşkəs razılaşmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, Vilayəti “X” platformasında yazıb: “ABŞ atəşkəsi qəbul etməyə məcbur oldu; bu isə açıq strateji məğlubiyyəti göstərən bir reallıqdır”.

Əli Əkbər Vilayəti əlavə edib ki, İran İslam Respublikasının silahlı qüvvələri ilk gündə olduğu kimi ən yüksək hazırlıq səviyyəsindədir və “ibri-ərəb-amerikan cəbhəsi” tərəfindən atəşkəsin pozulması ilə bağlı hər hansı səhv hesablamaya qarşı qəti və çəkindirici cavab verəcək.

Vilayəti vurğulayıb: “Dünyada yeni güc düzənində və çoxqütblü sistemə doğru hərəkət fonunda İran artıq yalnız bir ölkə deyil, İslam qütbünün mərkəzi kimi çıxış edir”.

Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir