
Bakı.Trend:
ABŞ hərbi əməliyyat zamanı İran Silahlı Qüvvələrini tamamilə
məhv edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset
keçirdiyi mətbuat konfransında bildirib.
“Epik Qəzəb” əməliyyatı İran ordusunu məhv edib və onu uzun
illlərə döyüş qabiliyyətini itirməsinə bais olub”, -deyə Heqset
vurğulayıb.
O əlavə edib ki, ABŞ dünyadakı ən böyük ordulardan birini öz
döyüş qüdrətinin heç 10 faizindən istifadə etmədən darmadağın
edib.
Heqset həmçinin ABŞ, İsrail və İran arasında atəşkəsi
dəstəkləyib və bunu bütün dünyada sülh üçün vacib gün kimi qələmə
verib.

