
Bakı. Trend:
ABŞ Kino Sənəti və Elmləri Akademiyası “Oskar” mükafatının 99-cu
və 100-cü təqdimat mərasimlərinin keçiriləcəyi günləri elan
edib.
Trend xəbər verir ki, bu
barədə qurumun rəsmi saytında açıqlama yerləşdirilib.
Bildirilib ki, 99-cu mükafatlandırma mərasimi 2027-ci il martın
14-də, 100-cü yubiley tədbiri isə 2028-ci il martın 5-də baş
tutacaq. 2027-ci il üzrə namizədlərin siyahısı yanvarın 21-də
açıqlanacaq. Yubiley mərasiminin dəqiq proqramı isə hələ tam
müəyyənləşdirilməyib.
Hər iki mərasimi dünyanın 200-dən artıq ölkəsində izləmək mümkün
olacaq.

