Almaniyada elektrikli avtomobillərin satışı artır

Baş səhifə

Bakı. Trend:

Almaniyada elektrikli avtomobillərin satışı kəskin şəkildə
artır.

Trend xəbər verir ki, Federal
Avtomobil İdarəsinin məlumatına əsasən, martda 70 min 663 tam
elektrikli yeni avtomobil qeydiyyata alınıb. Bu, ötən ilin eyni ayı
ilə müqayisədə 66,2 faiz çoxdur. Elektrikli modellərin bütün yeni
minik avtomobili qeydiyyatları içində payı 24 faizə yüksəlib.




Bununla da elektrikli avtomobillər statistikada benzin
mühərrikli avtomobilləri geridə qoyub. Benzin və dizel
avtomobillərinin satışı isə azalmaqda davam edib. Ən çox istifadə
olunan mühərrik növü hələ də 40 faiz bazar payı ilə hibrid
avtomobillərdir. Bu avtomobillər daxiliyanma mühərriki ilə elektrik
mühərrikini birləşdirir. Bu payın içində 10,2 faiz plug-in
hibridlərdir ki, onlar tam elektrik rejimində də hərəkət edə
bilir.

Ümumilikdə isə elektrikli avtomobillərə yüksək tələbatla
əlaqədar avtomobil bazarı da böyüyüb. Martda yeni minik
avtomobillərinin satışı 16 faiz artaraq 294 min 161-ə çatıb. Bu,
2024-cü ilin iyun ayından bəri ən yüksək göstəricidir. Elektrikli
avtomobil bazarında mart ayında birinci yerdə 52,5 min avtomobillə
“Volkswagen” qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir