Tramp NATO-nun Baş katibinə müttəfiqlərdən məyus olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp
NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə qapalı keçirilən görüşdə
müttəfiqlərdən məyus olduğunu deyib.

Trend xəbər verir ki, bu
barədə NATO-nun Baş katibi məlumat verib.

“Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər
Avropa ölkələrinin onu dəstəklədiyini söylədim”, – deyə Mark Rutte
əlavə edib.




ABŞ Prezidenti isə sosial media hesabında paylaşım edərək yazıb: “NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac
duysaq da, olmayacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti və NATO-nun Baş katibi arasında Ağ
Evdə qapalı görüş keçirilib. Görüşdə ABŞ-NATO münasibətləri, İranla
əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib. Görüşün
yekunları barədə açıqlama verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir