
Bakı. Trend:
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırki vəziyyəti
açıqlanıb.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi
davam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu
təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
“Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına
Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və
meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli)
vəziyyəti isə ağır stabil qiymətləndirilir”.
İki uşaq isə artıq xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi
70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm
qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada
ölüb.
Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı “TikTok”da
canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə
yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

