Tamerlan Qarayev Bakıya gəldi – FOTOLAR

Baş səhifə

Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir.

Baş nazir aprelin 9-da Şəhidlər xiyabanını ziyarət edib.

Modern.az xəbər verir ki, Şəhidlər xiyabanını ziyarəti zamanı litvalı baş naziri Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev də müşayiət edib.

Tamerlan Qarayev 1988-1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub.

Tamerlan Qarayev 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.

O, 1993-cü ildən diplomatik xidmətdədir.

1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə diplomatik işə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv  Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.




Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir