İsrail qüvvələri Hizbullah liderinin katibini öldürüb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

İsrail ordusunun ötən gecə Beyruta endirdiyi aviazərbələrdən
birində Hizbullah hərəkatının lideri Nəim Qasimin katibi həlak
olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)
məlumat yayıb.

Əli Yusuf Hərşi Beyrutun Tallet Xayat rayonunda hədəflənmiş
aviareyd zamanı zərərsizləşdirilib.

IDF-in “X” səhifəsində yayımladığı görüntülərdə çoxmərtəbəli
binanın zərbə nəticəsində qismən çökdüyünü görmək olur.




Qeyd olunur ki, Hərşi Qasimin yaxın qohumu və şəxsi katibi
olub.

Ötən gecə İsrail Müdafiə Qüvvələri eyni zamanda Hizbullahın
minlərlə silah, roket və buraxılış qurğusunun daşınması üçün
istifadə etdiyi Litani çayı üzərində yerləşən iki mühüm körpünü
məhv edib.

Bundan başqa, əməliyyatlarda silah-sursat anbarları, raket
buraxılış qurğuları, Hizbullah qərargahı hədəfə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir