Əlillik arayışı elektron qaydada veriləcək

Baş səhifə

Bakı. Trend:

Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın
verilməsi mygov-a inteqrasiya edilir.

Trend-in əldə
etdiyi məlumata görə, iyunun 4-nə qədər xidmətin Elektron Hökumət
İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyasının təmin
edilməsi nəzərdə tutulur.

İyunun 14-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi,
iyunun 27-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla
yeni iş axınının təqdim edilməsi və razılaşdırılması
planlaşdırılır.




Sentyabrın 20-dən isə xidmətin mygov platformasında istifadəyə
verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir